Rabia Soytürkdən maraqlı açıqlama - Özümə aşiqəm
11 aprel 2023 14:49 (UTC +04:00)

Rabia Soytürkdən maraqlı açıqlama - Özümə aşiqəm

Dünən  İstanbulun “Harbiye” konsert salonunda müğənni Yalının konsertini izləyən aktrisa Rabia Soytürk müxbirlərin suallarını cavablandırıb. O bir neçə gün öncə əl- ələ gəzdiyi repçi Sefoyla bağlı açıqlama verib.

 “Sefo düşündüyünüz kimi sevgilim deyil, dostumdur və onu çox sevirəm”.
 Aktrisa həyatında birinin olub - olmaması barədə sualı cavablandırarkən bildirib ki, hələlik ürəyinin sahibi yoxdur.

“Kimsə ürəyimə sahib ola bilməyib. Özümə aşiqəm. Özümlə daha xoşbəxtəm” deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2605

Oxşar yazılar