“Qonşudan xahiş etdim ki, evində təmizlik işçisi olum” - Xoşqədəm
14 avqust 2024 11:20 (UTC +04:00)

“Qonşudan xahiş etdim ki, evində təmizlik işçisi olum” - Xoşqədəm

Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, o, bir zamanlar çox kasıb olduğu üçün qonşudan qəribə xahiş etdiyini bildirib.

“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dərman var idi, çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim. Qonşunun qapısını döyüb, rica etdim ki, evində təmizlik işçisi olum. Dedim ki, ona verdiyin pulu mənə ver, uşağımın dərmanını almalıyam. O qadın təhsilli biri olduğumu da bilirdi. Dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam. Mən iki il o xanımın evində kirayədə qaldım. Allah ona rəhmət eləsin”, deyə aparıcı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25164
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar