Əməkdar artist Lalə Məmmədova "10-da görüşək" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, müğənni proqramda aparıcının "Milli mentalitet bizi öldürüb, axırımıza çıxacaq" fikrinə belə aydınlıq gətirib:
"Hə, Vallah... Analar oğulu özü üçün böyüdür. Gəlini də özü üçün alır. Onun övladını da idarə edir, kim kimə ərə getməlidir, harada oxumalıdır. Xaricdə başqa cürdür, övladı böyüdürəm, təhsil verirəm, öz həyatıdır. Bizimki isə deyir, böyüdürəm, həyatı mənimdir, özüm idarə edəcəm. Arzular bitmir".