Ailəsi ilə yaşadığı problemlərlə bir müddət gündəmdə olan məşhur müğənni və aktyor Özcan Deniz xoşbəxt evliliyi ilə yenidən diqqət mərkəzinə düşüb.
Lent.az xəbər verir ki, sənətçi həyat yoldaşı Samar Dadgar ilə romantik fotolarını şəxsi Instagram hesabında paylaşıb.

Qeyd edək ki, 53 yaşlı Özcan Deniz daha əvvəl meneceri olan qardaşı Ercan Deniz və bacısı Yurda Güler ilə yaşadığı gərginliklər səbəbilə gündəmə gəlib. Açıqlamalarında ailəsi ilə əlaqəni kəsdiyini və hazırda yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu bildirmişdi.
Özcan Deniz və Samar Dadgar cütlüyü paylaşımları ilə izləyicilərindən böyük maraq görüb. Romantik fotolar qısa zamanda çoxsaylı bəyənmə və şərh toplayıb.