QALMAQAL:  Biznesmenlə aparıcının mesajları yayıldı... - FOTOLAR
21 iyul 2022 18:15 (UTC +04:00)

QALMAQAL: Biznesmenlə aparıcının mesajları yayıldı... - FOTOLAR

Türkiyənin məşhur iş adamı İzzet Antebinin keçmiş həyat yoldaşı Didem Sarı ərinin ona Çağla Şikellə xəyanət etdiyini iddia edir.

Lent.az xəbər verir ki, Didem keçmiş ərinin modellə yazışmalarını "İnstagram"da paylaşıb.

“Boşanma qərarımız dəqiqləşməmiş yaşanan eşqə bax”, - deyə, evli olduqları dönəmə aid mesajları izləyiciləri ilə bölüşüb. Yazışmalarda Çağlanın İzzetə “Bütün gecə ağlım səndə idi, evə gedirəm” yazması isə sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.

Ç. Şikel isə hələ ki səssizliyini qoruyur. 

Qeyd edək ki, Çağla Şikel keçmiş əri Emre Altuğla evliliyindən iki oğlu var.

Çağla Şikel və Emre Altuğ

Didem Sarı və İzzet Antebi

# 4626
avatar

Nigar Namiq

Oxşar yazılar