Əməkdar artist Könül Kərimova "Günün sədası" verilişinə kişi obrazında gəlib.
Lent.az-ın məlumatına görə, ifaçı bunu nə üçün etdiyini belə izah edib:
"Bizə deyirlər siz kişi kimi, güclü qadınsız, dözümlüsüz. Ona görə də səbirli, dözümlü olmalısınız. Əziz kişilər, gücü də, səbri də, dözümü də sizlərdən alırıq. Siz var olun ki, biz hər zaman sizdən güc alaq. Sizlər olmasanız, bizim üçün çətin olar.
Amma sizlər də bizi incitməyin. Qəlbimizi sındırmayın. Bizə toxunmayın, sonda biz zərif qadınıq, ana, bacı və bir ana övladıyıq. Kişi olsaydım, təmiz sevərdim, doğru-düzgün sevərdim (kövrəlir)".
Koronavirus infeksiyasına yoluxmasından danışan Könül "Çox pis anlar yaşadım. Gördüm ki, yenə də onlara ehtiyacım var. O anda qardaşımı görmək istədim. Kişi olmaq çətin və məsuliyyətlidir", - sözlərini əlavə edib.