Psixoloji problemləri   olan dünya şöhrətli 8 ulduz
17 iyul 2023 13:57 (UTC +04:00)

Psixoloji problemləri olan dünya şöhrətli 8 ulduz

Lent.az psixoloji problemlərlə mübarizə aparan ulduzlar barədə məlumat verir.

Pop kraliçası Ledi Qaqa 2016-cı ildə verdiyi müsahibəsində posttravmatik sinir pozğunluğundan əziyyət çəkdiyini bildirib. O, 19 yaşında təcavüzə uğradığını və ondan sonra belə problemlə üz-üzə qaldığını bildirib.

“Qremmi” mükafatı almış britaniyalı müğənni Adel oğlunu dünyaya gətirdikdən sonra depressiyaya düşdüyünü bildirib. O övlad dünyaya gətirdikdən sonra çox möhkəm qorxduğunu, uzun müddət körpəsinə yaxın dura bilmədiyini də söyləyib.

“Imagine Dragons” rok qrupunun vokalisti Den Reynolds da uğurlarına və  milyonlar qazanmasına baxmayaraq, depressiyadan əziyyət çəkdiyini bildirib. Müğənni yalnız ailə qurduqdan sonra bu problemdən qurtulduğunu qeyd edib.

Leonardo Di Kaprio obsessiv kompulsiv pozğunluqdan əziyyət çəkdiyini qeyd edib. O küçədə  gördüyü hər yerə düşmüş saqqızı tapdalamaq, bir qapıdan bir neçə dəfə keçmək vərdişini tərgidə bilmir.

Aktrisa Demi Lovato bipolyar pozğunluqdan şikayətçidir. O uzun müddət müalicə alsa da, hələ də xəstəliyindən asılı olduğunu qeyd edib.

Harri Potter rolunun yaradıcısı, aktyor Deniel Redkliff obsessiv kompulsiz pozğunluqdan əziyyət çəkir. O, 5 yaşından bu problemlə mübarizə aparır.

Məşhur model Kriss Teyqer bütün maddi imkanlara malik olsa da özünü çox bədbəxt hiss edirdi. Həkimə müraciət edən model ağır deprressiyada olduğunu öyrənib.

Ser Elton Con uzun illərdir bulimiyadan əziyyət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2943
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar