"Polat Alemdar" ağır vəziyyətdə  xəstəxanaya yerləşdirildi
28 oktyabr 2022 11:35 (UTC +04:00)

"Polat Alemdar" ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

"Kurtlar vadisi" serialının məşhur aktyoru ağır əməliyyat keçirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyorun qəfildən halı pisləşib. O, təcili xəstəxanaya yerləşdirilib.

3 saatlıq ürək əməliyyatından sonra Necati reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Qeyd edək ki, Necati Şaşmazın adı bir neçə ay əvvəl "Sarallar" cinayətkar qruplaşması ilə hallanıb.

# 5370
avatar

Nigar Namiq

Oxşar yazılar