Müğənni Əli Mirəliyev “Üzbəüz” verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, ev işlərini özü görür: “Mərdəkandakı evimdə özüm tək qalıram. Yoldaşım bir həftəlik yemək bişirib mənə göndərir. Amma paltarımı özüm yuyub, ütüləyirəm. Hamısını özüm etmişəm. Yoldaşıma əzəldən əziyyət verməmişəm. Çünki atam mənə dərzilik öyrədib”.