Oynadığı rolun təsiri ilə günlərlə ağlayan aktrisa psixoloji dəstək aldı
08 avqust 2023 11:14 (UTC +04:00)

Oynadığı rolun təsiri ilə günlərlə ağlayan aktrisa psixoloji dəstək aldı

0

Məşhur aktrisa, “Yarqı” serialının ulduzu Pınar Deniz verdiyi müsahibələrdən birində bu ekran işinin ona şöhrətlə yanaşı, problemlər gətirdiyini də danışıb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aktrisa oynadığı Ceylin obrazının təsirindən uzun müddət çıxa bilmədiyini, buna görə psixoloqa müraciət etdiyini bildirib.

“Beyin yaddaşı deyilən bir şey var. Mən baş verənlərin bədii yaradıcılıq olduğunu anlasam da, beynim qəbul etmirdi, durmadan ağlayırdım, ruhum hüzn içindəydi. Psixoloqa müraciət etdim, uzun müddət psixoloji müalicə aldım. Ceylini mənim içimdən çıxarmaq asan olmadı”,- deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 15981

Oxşar yazılar