Bir müddət öncə oğlunu itirən müğənni İbrahim Borçalının səhhətində problem yaranıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Qonağım ol” verilişində bildirib ki, şəkər xəstəsi olub:
“Şəkər xəstəsi oldum. Başımda nəsə var. Heç müayinəyə də getmirəm. Deyirəm nə olacaqsa olsun. Əsəb və stresslə əlaqədardır. Yaşadıqlarım mənə dözümlülük verdi. Bəzən ağlamaq istəyirəm, amma özümü saxlayıram, ağlamıram”.