Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin övladlığa götürdüyü 19 yaşlı Paksla bağlı maraqlı xəbər yayılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, cütlük 3 il öncə ayrılsa da hələ də onların qalmaqallı ayrılığı barədə xəbərlər diqqət çəkir.
Paks 2020-ci ildə öz sosial şəbəkə hesabında Pred Pitti yaramaz və dünya səviyyəli əclaf adlandırıbmış. O həmçinin qeyd edib ki, Bred övladlarının həyatını cəhənnəmə çevirəcək qədər nifrətəlayiq bir ata olub.
“Sən dünya səviyyəli əclafsan. Bir daha sübut etdin ki, dəhşətli insansan, nifrətə layiqsən. Sənin yanında uşaqlar özlərini çox pis hiss edir, qorxudan titrəyirdilər. Hələ də dərk edə bilmirsən ki, sən mənim ailəmə necə bir zərbə vurmusan. Çünki bunu dərk edəcək səviyyədə deyilsən”, - Paks bildirib.
Paks hazırda Ancelina Colinin şirkətlərinə rəhbərlik edir və onun ən yaxın köməkçisidir.