Müğənni Zamiq Hüseynov övladının müğənni olmasını istəmir.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Həmin Zaur" verilişində danışıb:
"Heç vaxt... Hansı sahəni seçir seçsin müğənni, musiqiçi olmasın. Demirəm pisdir, ən yaxşı sənətdir. Çox xoşbəxtəm ki, musiqiyə xidmət edirəm. Amma yaşadığım çətinliklər gözümün önündən keçir, istəmirəm oğlum da onları görsün. Ancaq musiqi qanında var. 2 yaşı var, notları dəqiq tutur. Hərdən istəyirəm tutub dişləyim ki, bu notları haradan öyrənmisən?".