Qətl törətməkdə şübhəli bilinən Rəşad Dağlının oğlu Yusif Əmirov yenə paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, "Instagram" hesabında atası və bacısı ilə şəkil paylaşıb. Paylaşıma "Allahım, özün hər şeyə şahidsən", - o, yazıb.
Xatırladaq ki, dəfələrlə Yusif Əmirov onun adından açılan və insanlardan pul toplayan saxta "TikTok" hesablarını ifşa edib. Bundan öncə isə o, insanlara videomüraciət edərək, atasının adı yazılan köynəklərin satışa çıxarılmamasını və yalnız dua etmələrini xahiş edib.
Qeyd edək ki, noyabrın 9-u səhər saatlarında Qaradağ rayonu ərazisində 1984-cü il təvəllüdlü Rəşad Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyxanaçı Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.