“Oğlu ilə öpüşür, anasını bəyənmir”  – Xalq artisti
08 iyul 2024 19:18 (UTC +04:00)

“Oğlu ilə öpüşür, anasını bəyənmir” – Xalq artisti

“Əvvəllər qızlar qayınanalarını ana kimi bilərdilər. İndi cavan qızlar deyir ki, mən tək yaşamaq istəyirəm. Niyə tək yaşamaq istəyirsən ki? Yetimsən bəyəm, tək yaşayırsan?! Bu oğlan yetimdir bəyəm? Onun atası da, anası da var. Get bir yerdə yaşa da. Bu həm gülməlidir, həm də ağlamalıdır”.

Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu teleproqramda deyib. 

“Sən o ananın oğlu ilə öpüşürsən, qucaqlaşırsan, yatıb-durursan, amma onun anasını bəyənmirsən. Bu necə olur? Bəs deyirsən ki, həyat yoldaşımı sevirəm. O nə sevgidir ki, onun anasına o məhəbbət yoxdur?” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6852
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar