Müğənni Roza Zərgərli keçmiş günlərindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Tam vaxtıdır” verilişində bildirib ki, bir zamanlar başqa sahədə çalışıb:
“Buzovnada bir restoran var idi. Tələbə idim, birinci kursda oxuyurdum. Günü bir "şirvan"a işləyirdim. Satıcı da işləmişəm, ofisiant da. Düşünürəm ki, çətin günləri görən, yaxşı günlərin qədrini bilər”.