Məşhur aktrisa Nurgül Yeşilçay və Necati Kocabay çimərlikdə görüntülənib.
Lent.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yumoristik paylaşımlarında tətil edə bilməməkdən tez-tez şikayətlənən Nurgül Yeşilçay nəhayət ki, yay mövsümünə başlayıb. Sevgilisi Necati Kocabayla tətilə gedən məşhur aktrisanın seçimi Marmaris olub.
Yeşilçay ötən gün çimərlikdə kameralara tuş gəlib. Aktrisa şezlonqlar arasında onu axtaran Kocabaya uzaqdan “Burdayam sevgilim” deyərək əl yelləyib, sonra isə onun sərdiyi dəsmalın üstünə uzanaraq günəşlənib. Cütlük 1 saat günəş vannası qəbul etdikdən sonra çimərliyi tərk edib.
Nurgül Yeşilçayın çimərlik paltarında daha aydın görünən gözəl bədən quruluşu izləyicilər tərəfindən bəyənilib.