Aktyor Burak Dəniz və həmkarı Nilperi Şahinkaya arasındakı qalmaqal böyüyür.
Lent.az xəbər verir ki, Adanada otellərin birində aralarında yaranan mübahisə zamanı Burakın Nilperini və onun sevgilisini söyməsi maqazin gündəminə düşmüşdü.
Nilperi bu hərəkətindən sonra cütlükdən dəfələrlə üzr istəyən Burakı bağışlamadı. Aktrisa Adana Cümhuriyyət Baş Prokurorluğuna şikayət edərək onu məhkəməyə verib.
B. Deniz üzr istəmək məqsədilə öz sosial şəbəkə hesabında, “Zarafatlaşmaq istədim, dozasını aşacağımı düşünmədim. Ümid edirəm bu incikliklər ən qısa zamanda bitər” yazaraq paylaşım edib.
Ötən gün məkanların birindən sevgilisi Emre Yusufi ilə çıxarkən görünən N. Şahinkaya açıqlamasında, “Məsələ məhkəmədədir. Lazımi açıqlamaları orada verdik. Bununla əlaqəli daha danışmaq istəmirəm” – deyib.