Əməkdar artist Elza Seyidcahan küsülü olduğu müğənni Damla barədə danışıb.
Lentaz-ın məlumatına görə, müğənni “Günə bir şou” verilişində bu sözləri deyib: "Damla gedib nəzir versin, sevinsin ki, onu reklam edirəm. Bayağı mahnı yoxdur. Ara musiqisidir ki, bu da hər zaman olub. Ələkbər Tağıyevin mahnılarını da ara musiqisi adlandırırdılar. Bir də var virus mahnılar. İndikilər virusdur".
Seyidcahan Damla ilə qalmaqal etməsinə "Damlanın fotosunu bir verilişdə qoydular, onun haqda fikir bildirmişəm. Başqaları deyir ki, kaş bizim fotomuz olardı. Damla nəzir paylasın ki, onu reklam etmişəm. Müğənnilər var gözləyir ki, mən onların adın çəkim reklam olsunlar" cavabını verib.