“Səhnə müğənni, səhnəyə aid adamlar üçündür. Məsələn, futbol oyunu keçirilən zaman stadionda kim olur? Azarkeşlər buraxılır stadiona? Səhnə də müğənninin meydanıdır. Səhnəyə kənar şəxslər olmaz. Dörd mühafizəçi, eyni zamanda, orada obyektin işçiləri vardı. Video görüntülərdə də hamısı var. Əlavə olaraq da 3 bloqer də vardı, onlar da açılışa görə gəlmişdilər. Onlar da sosial şəbəkədə üzərindən canlı yayım açmışdılar. Nəfəs xanımla səhnədə idik. Çıxış üçün nəzərdə tutulan yerin altı da taxtadan yığılıb. Səhnə aşsa, avadanlıqları kənara qoyuram, onlar düzələndir, insan xəsarəti qaçılmazdır”.
Lent.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında müğənni Pünhan Piriyev deyib.
Onun sözlərinə görə, səhnədə Nəfəsi elə dartıblar ki, dizini yerə qoymalı olub: “Qızlar aşağı dartırdılar, sırğası düşdü, götürdülər, saçlarını yoldular... Nəfəsi o qədər sevməyin nə mənası var ki, yıxıb yerə onun qulağından sırğanı qoparırsınız? Bu sevgi deyil, hörmətsizlikdir. Səhnədə ayaq üstündə oxumalıdır, dizini niyə yerə qoyub oxusun ki?! Mənim də pencəyimin sağ qolu cırıldı. Söhbət burada pencəkdən, sırğadan getmir... Sadəcə, sevginin də həddi var, ziyan vermək olmaz. Bir az aqressiyalı danışmışam, bəli, amma mikrofonda vətəndaşlara müraciət etsəydim, bu, tamam yanlış olardı. Mikrofonsuz üzümü səhnənin arxasına çevirib, səhnədə dayananlarla danışdım. Üzümü vətəndaşlara tutub müraciət kimi deməmişəm. Milyon açılışa getmişəm, mühafizəçi görməmişik, mühafizəyə ehtiyacımız yoxdur. Kimi kimdən qoruyuruq ki?! Dünya səviyyəsində belə bir şey var ki, açılışa məşhurlar gəlir, amma belə “toy axşamı” kimi olmur. Mərasimdə qayçı, lent gətirilir, kəsilib xeyir-dua verilir. Şirinlik olsun deyə canlı mahnı oxuna bilir. Obyekt sahibi belə olmağını istəmişdi, şəxsi fikri idi, biz də razılaşıb gəlmişdik. Belə pis çıxmasın, 2000 manat açılışa pul almışdıq, orada 1000 manatlıq kostyum getdi”.
P.Piriyev, onun xeyir işinin şəkillərinin yayıldığı üçün əsəbi olduğunu və bu səbəbdən kobud davrandığını deyənlərlərə münasibət bildirib: “Sadəcə, sosial şəbəkədə paylaşıb xahiş etmişdim ki, mənə hörmətiniz varsa, şəxsi günümlə bağlı şəkilləri silin. Hansısa jurnalistlə aqressiyalı formada danışmamışam ki, niyə bu şəkli paylaşmısınız? Şəkilin yayılması məsələsinin bu məsələyə aidiyyatı yoxdur. Söhbət şəxsiyyətdən getmir, sənətə dəyər vermək lazımdır. Orada video görüntülərdə də var ki, səhnədən düşüb maşına gedənədək yaşlı qadınlar, uşaqlarla necə şəkil çəkdiririk, çiynimdə körpə uşaqla gəzmişəm. Hətta birinin yaxınının ad günü idi, onu video müraciətlə təbrik də etmişəm. Heç bir sənət yoldaşımın haqqında mənfi fikirdə olmamışam, mənfi müraciət, paylaşım etməmişəm. Bu halı bilə-bilə tənqid edən məşhur simaların hərəkətinə nə deyə bilərəm ki? Kim edibsə yəqin fikri, düşüncəsi ora qədərdir, elə də danışıb”.
Xatırlatma: Müğənni Pünhan Piriyevin Sumqayıtda yerləşən ticarət mərkəzinin qarşısında çıxışı zamanı onunla şəkil çəkdirmək istəyənləri səhnədən kobudcasına uzaqlaşdırması tənqidlərə səbəb olub.
“Nəfəs dizini yerə qoydu, sırğasını götürdülər, saçlarını yoldular” - Pünhan qalmaqal yaradan VİDEODAN DANIŞDI
2
0
2
0