Əməkdar artist Elton Hüseynəliyev həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə fotosunu paylaşıb.
Lent.az-ın məlumatına görə, ifaçı paylaşımında xanımının doğum gününü təbrik edib:
“Mən “Sən olmasan neylərəm, xəyalını ümid eylərəm” - “Dənizin nəğməsi" mahnısındakı bu sözləri və bütün nəğmələrimi sənin şərəfinə oxumuşam. Ad günün mübarək olsun, əzizim. Allah bizə əbədi bir yerdə olmağı nəsib etsin. Nə yaxşı ki qismətimdə və həyatımdasan. Bu dünyaya bir də gəlsəm, yenə səni sevərdim”.
Qeyd edək ki, cütlüyün iki qızı var.