Nazilə Fatiməyə yenə qalib gəldi: 50 min təzminat
25 iyul 2023 10:26 (UTC +04:00)

Nazilə Fatiməyə yenə qalib gəldi: 50 min təzminat

Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında növbəti məhkəmə çəkişməsi yekunlaşıb.

Lent.az-ın xəbərinə görə, tərəflər arasında mübahisə Fatimənin sosial şəbəkədə yazdığı status səbəbilə başlamışdı. Fatimə Naziləyə kobud qadın demiş, qarşı tərəf də “ biz stol üstündə rəqs etməmişik ki, nazik qalaq” şəklində cavab vermişdi.

İlk məhkəmə qərarından narazı qalan Fatimə Apellyasiya Məhkəməsinə müraciət etsə də yenə uduzub.

"Sabahı gözəl açdım. Vəkilim zəng edib bildirdi ki, apellyasiya məhkəməsini udmuşuq. Haqqım olanı heç kimdə qoymaram.Təfərruatlı sənədlər əlimə gələndə yazaram. Hələ istirahətim davam edir. Axşama rəqqasələr dəvət etmişəm " - deyə o yazıb.

Nazilə Səfərli rəqqasədən 50 min təzminat tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3966
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar