Silahlı şəxs britaniyalı aktyor İdris Elbanı təhdid edib, ölümlə üzləşib. Şoumen etiraf edib ki, ABŞ-da ər-arvadın davası zamanı onu silahla hədələyiblər.
Lentaz-ın xarici mediaya istinadən xəbərinə görə, küçədə tanımadığı qıza bağıran və onu öldürməklə hədələyən kişini sakitləşdirməyə çalışıb.
“O arvadına “səni öldürəcəm”, deyə qışqıraraq hücum çəkdi. “Bax o, necə gözəldir. Bu gözəl xanımı niyə belə incidirsən?" dedim və o, silahı çıxarıb alnıma dayadı. Sən mənim arvadım haqqında necə danışırsan? dedi”, - İdris Elba müsahibəsində danışıb.
Aktyor mübahisənin necə sonlanması barədə məlumat verməyərək, həmin anda çox qorxduğunu bildirib.
Qeyd edək ki, 50 yaşlı aktyor 2019-cu ildən 35 yaşlı kanadalı model Sabrina Daurla evlidir. Onlar Mərakeşdə dəbdəbəli toy ediblər. Bu, İdrisin üçüncü evliliyidir.