Müğənni Nadir Qafarzadə dekabrın 20-də toyu olan oğlu Loğmana surpriz hədiyyə edib.
Lent.az-a açıqlama verən ifaçı bildirib ki, oğlunu və gəlinini xarici ölkəyə bir həftəlik istirahətə göndərəcək:
“Həyatda çox çətin günlər keçirmişəm. Valideynlərimi vaxtsız itirmişəm. Qismət elə gətirdi ki, onlar mənim üçün nələrsə edə bilmədi. Amma mən öz övladlraım üçün hər şey etdim. Şükürlər olsun ki, hər şeyləri var. Onları mal, mülk, ev, maşın hədiyyəsi ilə təəccübləndirə bilməzdim. Ona görə də düşündüm ki, oğlumla gəlinimi Dubaya bal ayına göndərim. Artıq biletləri də hazırdır. Dekabrın 27-də gedəcəklər”.