Müğənni Nafir Qafarzadə manikür etdirərkən görüntüləri çəkilib.
Lent.az-ın xəbərinə görə, 52 yaşlı müğənni əllərinə parafin vannası etdirib və dırnaqlarını səliqəyə saldırıb.
Müğənninin bu görüntüləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bəzi izləyicilər “kişi baxımlı olmalıdır”, bəziləri isə “kişi manikür etdirməz” şəklində rəylər bildiriblər.