Yanvarın 11-də müğənni Nadir Qafarzadə sosial şəbəkəsində etdiyi paylaşımla müzakirələrə səbəb olub. Müğənni xanımı ilə şəklini paylaşaraq "Yeni həyat yoldaşım" sözlərini yazıb. Müğənniin xanımı zahirən çox dəyişdiyi üçün tanınmaz olub və izləyicilər Nadir Qafarzadəni yenidən evləndiyinə görə qınayıblar.
Lent.az-ın xəbərinə görə, bu gün canlı yayımda açıqlama verən Nadir Qafarzadə deyib:
“Ayıbdır, məni söyür, təhqir edirsiniz. Daha ölüm-dirim, ata-ana, nəsil qoymadınız, söydünüz. Niyə görə?
Sevəndə insanlar sizdən icazə almalıdır? Hətta mənə zəng edənlər, xəbər göndərənlər də oldu ki, bu nədir. Lap elə tutaq ki, Nadir evlənib. Niyə söyürsünüz? Evlənəndə adamı söyüb, təhqir edərlər?
Nadir yox, bir başqası olsun. Evlənmək qəbahət, günah, tərbiyəsizlik, əxlaqsızlıqdır? Evlənib etməmişəm. Elə həmin Nadirəm. Bundan sonra mənə yaraşmaz. Uşaqlarım böyükdür, gəlinim, həyat yoldaşım var”.