Dünən Naxçıvanda Bayraq muzeyində insident yaşanıb.
Lent.az-ın xəbərinə görə, türkiyəli turist Naxçıvandakı Bayraq müzeyində təhqirə məruz qaldığını bildirərək, muzey əməkdaşı ilə mübahisəsinin görüntülərini sosial şəbəkələrdə paylaşıb. Hadisə ilə bağlı ölçü götürülüb, muzeyin əməkdaşı Asudə Məhərrəmli işdən çıxarılıb.
Müğənni Nadir Qafarzadə işdən çıxarılan qadını müdafiə edərək, öz səhifəsində belə bir paylaşım edib:
"İnanmıram ki, bu hadisə Türkiyədə baş versəydi işçini vəzifəsindən azad edərdilər. Bu yazıq qız turistə nə dedi ki? Naxçıvanlı, azərbaycanlı xanım. Yenə bir qadın işsiz qaldı. Şəxsən mən təhqir eşitmədim. Bir də hər türk dilində danışan, Türkiyə vətəndaşı olan türk demək deyil".