Müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toyunda göz yaşlarına hakim ola bilməyib.
Lent.az-ın məlumatına görə, ifaçı oğlunun özəl günündə xeyir-dua verən zaman qonaqlara təşəkkürünü bildirmək istəyib.
Nadir bu zaman qəhərdən fikirlərini çatdıra bilməyib.
Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ailə qurub. Onların toyunun aparıcısı Əməkdar artist Elşən Cəbrayılov, toyun idarə edən müğənnisi isə Əməkdar artist Elton Hüseynəliyev olub.