Türkiyəli məşhur müğənni Mustafa Sandal klipi ilə gündəmə gəlib.
Lent.az xarici KİV-istinadən xəbər verir ki, Mustafa Sandal yeni mahnısı olan "Tamam Tamam"ın klipində qayınatası Cihan Sütşurupu oynadıb.
Bəstəkarı Harun Sürek, rejissoru Ecem Gündoğdu olan klipdə oğlu Yaman da DJ rolunu oynayıb. Hətta klipdə həyat yoldaşı Melis Sandalın da 63 yaşlı Cihan Sütşurupun klipdə oynayacağından xəbəri yox idi.
Klipdə atasını görən Melis Sandal ərinin sürprizindən şoka düşüb. Mustafa Sandalın 90-cı illərin məşhur səs tonlarını özündə daşıyan mahnının klipi çimərlik əyləncəsi formatında keçib.
63 yaşlı klip ulduzu Cihan Sütşurup məkanın cəlbedici adamı kimi görünür. İnsanları dərhal hərəkətə gətirən, rəqsə dəvət edən mahnı və klip qısa zamanda böyük rəğbət qazanıb.