Dünya şöhrətli müğənni Teylor Svift dördüncü “Qremmi” mükafatını qazanıb.
Lent.az-ın xəbərinə görə, mükafat alan müğənni 30 nəfərlik komandasının üzvlərinə 164 min dollarlıq hədiyyə bağışlayıb.
O, komandasındakı qadınlar üçün “Cartier” brendindən zinət əşyaları və “Louis Vuitton” çantaları, kişilər üçün eyni brenddən səyahət çantaları alıb.
Müğənni hər zaman yanında olan kollektivi üçün hər birinin dəyəri 2800 dollar təşkil edən cəhrayı qızıldan hazırlanmış boyunbağılar da sifariş verdiyini bildirib.