Əməkdar artist Elnarə Abdullayeva iştirak etdiyi toy şənliyində bəylə maraqlı dialoq edib.
Lent.az xəbər verir ki, müğənni bu görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
O bəyə üzünü tutaraq, “Pulun var?” deyə mahnı oxuyub, bəy cavab olaraq müğənniyə pul verib. Elnarə Abdullayeva gülüb, bəyin ona verdiyi pulu qəbul etməyib.
Əməkdar artist pulları gəlinə verib. Gəlin isə pulu həyat yoldaşının cibinə qoyub.