Müğənnilər Əli Mirəliyev və Elşad Qarayev arasında efirdə qalmaqal yaşanb.
Lent.az xəbır verir ki, Elşad Qarayev verilişdə danışarkən telefonla canlı yayıma qoşulan Əli Mirəliyev onu təhqir edib.
“Rəhmətlik gitara ifaçısı Rəmiş özü ilə “əl meymunu” gəzdirirdi. Sən, Elşad oxuyan yox, “əl meymunusan”.
Mərhum qarmon ustadı Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara. Ay bədbəxt, utanmırsan? Kişidə saçını boyadar? 70 yaşlı kişi saçını boyatmaz”.
Elşad Qarayev cavabında deyib: “Baxın görün meymuna mən, yoxsa Əli oxşayır? Qalmısan Mərdəkanda itlə və başqa adam görmürsən”.
Daha da qəzəblənən Əli Mirəliyev “Saçlarını ağartsan, sən dəqiq meymuna oxşayacaqsan. Saçlarını boyatmısan. Ay bədbəxt, utanmırsan? Kişidə saçını boyadar? 70 yaşlı kişi saçını boyatmaz. Sən “zay” adamsan. Başından böyük danışırsan”, - deyib.