Müğənni Zamiq Hüseynovun Gəncədə solo konserti baş tutub.
Lent.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında reallaşan musiqili gecədə pop ulduz, sevənləri tərəfindən izdihamla qarşılanıb. "Gənclər günü" nə həsr edilən "İcazə ver" adlı konsertdə Zamiq 2 saat ərzində sevilən nəğmələrini ifa edib.
Xarizmatik ulduzun hər ifası pərəstişkarlarının xoş aurası və müşayiəti ilə yadda qalıb. Onu da qeyd edək ki, anşlaqla keçən konsert salonunda əlavə stullar da yerləşdirilib. Gəncədən xoş təəssüratla ayrılan Hüseynov, belə silsilə günlərin keçirilməsi üçün bütün sənət dostlarının həmrəy olmalarını istəyib. Özəl gün Zamiqin ifasında "Vətən" nəğməsi ilə yekunlaşıb.
Konsert sonrası sənətçi ilə şəkil çəkdirmək istəyən fanatları növbəyə düzülüb.