"Adi nələrisə belə bilmirlər. Mən belə savadsızların oxuduğuna da qulaq asa bilmərəm".
Lent.az xəbər verir ki, bu sözləri jurnalist-aparıcı Rövşən Ağasəfqızı qatıldığı proqramda deyib. Verilişdə bəzi müğənnilərin biliyi tənqid "atəşi"nə tutulub.
Müğənni Elnar Xəlilov həmkarları Damla və Vəfa Şərifovanı o ki var tənqid edib:
"Damlaya sual verdilər ki, bir alim adı çəkə bilmədi. Elə Eynşteynin dili çıxan şəkilləri ilə "Instagram"da doludur. Vəfa Şərifovaya sual verirlər ki, Türkiyənin paytaxtı haradır, dedi İstanbul. Hələ prodüsserinə deyir ki, nədir, səhv dedim? Bu, artıq tərbiyəsizlikdir".
Aparıcı Tarix Əliyev (Tolik) "Damla "Avropanın paytaxtı Dubay" deyən Şəbnəm Tovuzluya güldü, öz başına gəldi" sözlərini əlavə edib.
Görüntüləri təqdim edirik: