Müğənni intim mesajlara görə  fanatını məhkəməyə verdi
07 oktyabr 2023 18:44 (UTC +04:00)

Müğənni intim mesajlara görə fanatını məhkəməyə verdi

Türkiyəli rok müğənnisi Teoman qadın fanatlarından birinin təcavüzünə məruz qalıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Aysun adlı xanım müntəzəm olaraq rokçuya mesajlar yazır və evinin qapısını döyürmüş. Müğənninin vəkilinin dediyinə görə, qadının psixoloji problemləri var və Teomanla sevgili olduğuna özünü inandırıb.

Aysun A. adlı xanım sosial mediada Teomanın Yaquboğlu soyadını özünə götürərək, ona tez-tez “bu gecə evdə ol, gələcəm, canım səni istəyir” kimi intim mesajlar yazırmış.

Məlumata görə, müğənni bu kimi münasibətlərə görə, həmin qadını məhkəməyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6873
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar