Meyxanaçılar Rəşadla bağlı bunları dedilər:  "Ağlımın ucundan da keçməzdi ki..."
09 noyabr 2022 14:42 (UTC +04:00)

Meyxanaçılar Rəşadla bağlı bunları dedilər: "Ağlımın ucundan da keçməzdi ki..."

Qonşusunu öldürməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlının sənət dostları onun haqqında paylaşım ediblər.

Lent.az xəbər verir ki, dostları sosial şəbəkə hesablarında ifaçıya dəstək olublar.

Meyxanaçı, ssenarist Pərviz Arif deyir ki, Rəşad Dağlı meyxana sənətinin sütunu idi:

“Baş verən hadisənin təfərrüatlarını bilmədiyim üçün geniş nəsə deyə bilmərəm. Bir onu bilirəm ki, bu hadisə bütün meyxana sənətinin gələcəyini sual altında qoydu. Rəşad Dağlı bizim üçün təkcə yaxşı həmkar, yaxşı dost deyildi. Həm də özümüzün xridar kimi dinləyib zövq aldığı sənətkar idi. Bir çox sənət yoldaşı ilə sadəcə, məlumatların həqiqiliyini öyrənməklə bağlı danışmışıq. Əlavə məlumatım yoxdur.

Allah köməyimiz olsun”.

Pərviz Bülbüləli sosial şəbəkə hesabında Rəşad Dağlı ilə fotosunu paylaşaraq, bu sözləri əlavə edib:

"Ağlımın ucundan da keçməzdi ki, səninlə paylaşdığım şəklin şərhində "Allah fərəc versin" yazaram. Allah qapını açsın, şair...Hər ağızda bir Amin var".

Rəşadın yetirməsi olan meyxanaçı Cahangeşt Balaxanı da ürək sözlərini belə ifadə etdi:

"Allah özü sənə yar olsun, qardaşım. Sənin necə insan olduğunu səninlə şəxsi tanışlığı olmayan insan sərrafları da yaxşı bilir. Dualarımız səninlədir. Tezliklə görüşmək ümidi ilə ...".

Rəşadın sənət dostu Nicat Mənalı da ona dəstək verənlərdən oldu:

"Çox üzücü xəbər oldu, qardaş. Allah şeytana lənət eləsin. Tezliklə ailənin, balalarının yanında görək. Çoxları aramızdakı aqressivliyi bilsələr də, biz həmişə özümüzə hörmətimizi, etibarımızı saxlamışıq. Allah köməyin olsun".

Meyxanaçı Xosrov Maştağalı “Allah qapını açsın, şair. Sevinənlərin başına gəlsin. "Drillaylar" axır ki, çatdılar arzularına” - deyə, paylaşım edib.

Meyxana ifaçısı Ağa Maştağalı da Rəşada öz dəstəyini paylaşımla ifadə edənlərdəndir. Həmçinin, meyxanaçı Fariz Bərdəli də təəssüratlarını belə bildirib:

"Allah qapını açsın, qardaş. Səni həmişə ailənin başında, balalarının yanında görək!".

Bundan başqa, meyxanaçının sənət dostu insanları saytımız vasitəsilə, yayılan dezinformasiyalara inanmamağa çağırıb:

"Rəşad həm gözəl qardaşdır, həm də hər zaman cavanları zərərli maddələrdən yayınmağa çağırıb. İnşallah, tezliklə həbsxanadan azadlığa çıxsın. Bu məsələ ilə bağlı çox şey bilmirəm və məsləhətimdir ki, hər deyilənə də inanmayın. Dediyim də odur ki, dərd, kədər çəkən ailələr oldu. Allah onlara da kömək olsun".

Qeyd edək ki, 38 yaşlı Rəşad Əmirov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməkdə təqsirli bilinir.

# 19176
avatar

Nigar Namiq

Oxşar yazılar

Hiss:  "Efirlərə çox çıxanda dəyərsizləşirsən"

Hiss: "Efirlərə çox çıxanda dəyərsizləşirsən"

4 fevral 2023 , 17:15
Aktrisa:  "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

Aktrisa: "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

4 fevral 2023 , 13:25
Bu da Nura Surinin estetiksiz  HALI - FOTO

Bu da Nura Surinin estetiksiz HALI - FOTO

4 fevral 2023 , 10:55
Burak Denizlə ayrılan model görün, özünə NƏ ETDİ?  - VİDEO

Burak Denizlə ayrılan model görün, özünə NƏ ETDİ? - VİDEO

3 fevral 2023 , 19:46
Pornoqrafiya ilə məşğul olan  polis   İŞDƏN QOVULDU

Pornoqrafiya ilə məşğul olan polis İŞDƏN QOVULDU

3 fevral 2023 , 19:34
Silvestr Stallonedən YENİLİK:  Ailəsi ilə...

Silvestr Stallonedən YENİLİK: Ailəsi ilə...

3 fevral 2023 , 19:22
 Pedofiliyaya görə   tutulan müğənni AZADLIQDA

Pedofiliyaya görə tutulan müğənni AZADLIQDA

3 fevral 2023 , 19:10
Şou-biznesin səs-küylü  QALMAQALLARI:   Təhqirlər, söyüşlər...

Şou-biznesin səs-küylü QALMAQALLARI: Təhqirlər, söyüşlər...

3 fevral 2023 , 18:57