Mətanətin gəlini: “Ömrümə zərbə vurdu...”  – VİDEO
25 may 2022 12:21 (UTC +04:00)

Mətanətin gəlini: “Ömrümə zərbə vurdu...”VİDEO

Müğənni Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə barışıq videosu paylaşıb.

Lent.az-ın məlumatına görə, o, paylaşımda bu sözləri yazıb:

“Çoxları barışmağımızın gerçək olmadığını yazırdı. Onu demək istəyirəm ki, hər şey doğrudur, biz artıq bir yerdəyik. Bütün hadisələr mənim həyatımda aldığım ən böyük zərbə idi. Övladlarımı itirmək qorxusuyla yaşanan hər dəqiqəm ömrümə bir zərbə vurdu. Çox şükür ki, artıq bu çətin yollar geridə qaldı. Mənə dəstək olan media işçilərinə hər zaman minnətdaram. Analar, sizin dualarınız sayəsində mən balalarımı geri qaytardım. Var olun!” 

Onun bu paylaşımına izləyiciləri “Mətanət xanımla evli idiniz ki bir yerdə də olasınız? Əsas yoldaşınız, övladlarınızdır. 1000-ə dözən 1001-ə də dözər”, “həyat yoldaşınızla da barışmısınız?” kimi şərhlər yazıblar. 

Qeyd edək ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi. 
 

Mətanət və gəlini Canana

# 7608
avatar

Nigar Namiq

Oxşar yazılar