Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimi ikinci dəfə evləndirmək xəbərinə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, müğənni "10-da görüşək" verilişində bu barədə danışıb:
"Həqiqətləri ancaq mən deyə bilərəm. O da lazım gəlsə... Gözəl xəbərlər olanda eşidəcəksiniz. Bunlar heç nə demək deyil, özüm xəbər edəcəm. O qədər eyni adda adamlar var ki... Bir odur? Bu bir təsadüfdür. Qucağımdakı tort da reklamdır. Məsələn, bacımın qızının evində də nişan olub".
Qeyd edək ki, Mətanət İsgəndərli instaqramda üzərində "Allahın əmri, peyğəmbərin izni ilə qızınız Ayseli oğlum Kərim üçün istəməyə gəlmişik" yazısı olan tort paylaşıb.