Məşhurların milyonluq  nişan üzükləri   - Ən bahalısı kimdədir?
18 iyul 2023 14:26 (UTC +04:00)

Məşhurların milyonluq nişan üzükləri - Ən bahalısı kimdədir?

Sevginin qiyməti nə qədərdir? Müasir dünyada məşhurlar sevgiyə qiymət verməyi bacarıblar. Necə? Nişan üzükləri ilə.

Lent.az bu günə qədər məşhur xanımlara təqdim edilmiş ən bahalı nişan üzüklərinin top onluğunu təqdim edir.

Öncə onu qeyd edək ki, məşhur xanımlar Cartier, Tiffany & Co, Lorraine Schwarts, Bvlgari, De Beers  brendlərin üzüklərini taxmağa üstünlük verirlər.

10-cu yerdə Rusiyalı tennisçi Anna Kurnikovaya müğənni Enrike İqlesiasın 2004-cü ildə verdiyi çəhrayı brilliant qaşlı üzükdür. Qiyməti 2,5 milyon dollardır.

Doqquzuncu yerdə Jaklin Kennediyə ikinci əri, milyarder Onasisin hədiyyə etdiyi 2,6 milyardlıq 2,88 karat almaz, 8 karat zümrüd qaşlarla taclandırılmış üzük dayanır.

Səkkizinci yerdə Donald Trampın indiki həyat yoldaşı Melaniyaya verdiyi 25 karatlıq brilliant və zümrüd qaşlı üzük var. Qiyməti 3 milyon dollardır.

Cenifer Lopesə birinci əri Mark Entoninin hədiyyə etdiyi 4 milyon dollarlıq mavi brilliant qaşlı üzük yeddinci yerdə dayanır.

Peris Hiltonun 4,2 milyon dollarlıq üzüyü də bu siyahıdadır. Peris nişanlısı milyarder Lasisdən ayrıldıqdan sonra bu üzüyü xeyriyyə fondlarının yararına hərracda 2 milyon dollara satdı.

Qreys Kelliyə Monako knyazının hədiyyə etdiyi brilliant və zümrüd qaşlarla bəzənmiş 10,5 karatlıq üzüyün dəyəri 4,3 milyon dollardır.

Dördüncü yerdə reper Cey Zinin Beyonsa verdiyi5 milyon dollar dəyərindəki 18 karat brilliantla bəzənmiş yaşıl qaşlı əfsanə dayanır.

Üçüncü yerdə Kim Kardaşyanın keçmiş əri Kanye Uestdən aldığı 8 milyon dollarlıq üzük dayanır. Bu üzük 2016-cı ildə Kimin Parisə səfəri zamanı otel otağından oğurlanıb.

İkinci yerdə Meraya Kerrinin 30 karat brillianta bəzədilmiş 8,2 milyon dollarlıq üzüyü dayanır. Meraya sevgilisi biznesmen Pekerdən ayrıldıqdan sonra nişan üzüyünü cəmi 2 milyon dollara sata bildi.

Birinci yerdə aktrisa Elizabet Teylora Riçard Bertonun hədiyyə etdiyi 33 karatlı brillianta bəzənmiş üzük dayanır. İlkin qiyməti 60-cı illərdə 300 min dollar olan bu üzük 2012-ci ildə hərracda 8,8 milyon dollara satılıb.

Ümumilikdə isə dünyanın ən bahalı üzüyü The World’s First Diamond Ring brendinin 70 milyon dollara təqdim etdiyi bütöv almazdan hazırlanmış 150 karatlıq üzükdür. Lakin 10 ildir hərraca çıxarılsa da, hələ onu alıb barmağına taxan bəxtəvər yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar