Məşhurlarımız təhlükəsizliklərini belə qoruyur – SİYAHI
31 mart 2023 17:38 (UTC +04:00)

Məşhurlarımız təhlükəsizliklərini belə qoruyur – SİYAHI

Son vaxtlar Azərbaycanda baş verən hadisələr gündəmi zəbt edib. Millət vəkili Fazil Mustafanın güllələnməsi diqqətləri təhlükəsizliklərini qoruyan məşhurların üzərinə də yönəldib. Dünyaca məşhur simaların demək olar ki, 90 faizi cangüdənsiz çöldə gəzmirlər. 

Bəs, görəsən, Azərbaycanda hansı məşhurların şəxsi mühafizəçisi var?

Lent.az bununla bağlı yazını təqdim edir.

Xalq artisti Aygün Kazımovanı illərdir mühafizə edən biri var. Cangüdəni “diva”nı konsertlərində, məkanlarda və xarici ölkələrdə onu izləyir. 

Xalq artisti Röyanın da şəxsi mühafizəçisi var. Mühafizəçisi müğənninin məkanlarda və başqa yerlərdə təhlükəsizliyini təmin edir.

İş qadını Ruhi Əliyevanı da mühafizə edən bir neçə adamı var. 

Xalq artisti Nazpəri Dostəliyeva da cangüdəni olan məşhurlardandır. Hətta o, açıqlamasında bu barədə “Bütün konsertlərimdə cangüdən olub. Konsertin gedişatı, pərəstişkarların özünü saxlaya bilmədiyi üçün cangüdən lazımdır”, - deyə, bildirib. 

Müğənni Natavan Həbibinin bir müddət əvvəl məkanların birində, səhnəyə cangüdənlə gəlməsi diqqətdən yayınmayıb.

Müğənni Rəqsanə İsmayılovanın də şəxsi cangüdəni var.

Müğənni Xatun Əliyevanın da şəxsi mühafizəçisi olması bəllidir. O, müsahibələrinin birində “Özümə düşmən qazanmışam. Cangüdənlə gəzən ilk ifaçıyam”, - deyib. 

Meyxanaçı Pərviz Bülbülə də cangüdənsiz çöldə gəzməyən tanınmışlardandır. O, bölgələrdə dəvət aldığı məclislərə, paytaxtdakı bəzi məkanlara mühafizəçisi ilə gedir.

Müğənni Nüşabə Ələsgərlinin şəxsi cangüdəni həm də onun həyat yoldaşıdır.

Azərbaycanlı model Günay Musayeva cangüdəni olmadan məkanlara getmir. 

Digər məşhurlar kimi müğənni Üzeyir Mehdizadənin də şəxsi qoruması var. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6306
avatar

Nigar Namiq

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07