Məşhur xanəndədən  toyda azan   oxumasını istədilər
10 yanvar 2024 15:38 (UTC +04:00)

Məşhur xanəndədən toyda azan oxumasını istədilər

Azərbaycanda çox varlı bir ailənin keçirdiyi toy məclisində ev sahibi toyda azan oxunmasını istəyib.

 Lent.az-ın məlumatına görə, o bundan ötrü xanəndə Mirələm Mirələmova müraciət edib, istədiyi qonorarın müqabilində məhz onun səsindən azan oxunması arzusunu bildirib.
 Bu barədə Mirələm Mirələmov özü məlumat verib. O qeyd edib ki, toy sahibinin arzusunu yerinə yetirməyib.

“O məclisdə içki verilirdi. Dini inanclarım var. Belə bir addımın düzgün olmayacağını düşündüm, azan oxumayacağımı dedim. O da sonra məni anladı və fikrindən daşındı” deyə müğənni bildirib.

Qeyd edək ki, xanəndə Mirələm Mirələmov azan oxuma videosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8893

Oxşar yazılar