Rusiyalı teleaparıcı və bloqqer Viktoriya Bonya “Alena, lənət olsun!” YouTube şousuna müsahibə verib. Onun proqrama şalvarsız gəlməsi insanları heyrətləndirib və tənqidlərə səbəb olub.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə ,43 yaşlı məşhur söhbəti zamanı kamera qarşısına keçərək imicini nümayiş etdirib. Sonra dəri gödəkçəsinin qabağını açıb, yarıçılpaq bədənini nümayiş etdirib.
Videonun altındakı şərhlərdə onun haqqında çoxlu xoş olmayan şərhlər yazılıb. Hamı Bonyanın özünü satmağa hazırlaşdığını, reklam etdirdiyini qeyd edib.