Məşhur qardaşlar  küsülü olduqlarını   etiraf etdilər
26 fevral 2024 12:30 (UTC +04:00)

Məşhur qardaşlar küsülü olduqlarını etiraf etdilər

Türkiyəli məşhur qardaşlar stilist Kemal Doğulu və aktyor Kadir Doğulu uzun illərdir küsülüdürlər və heç bir münasibətləri yoxdur.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Kemal Doğulu verdiyi müsahibələrdən birində açıqlayıb.

O bildirib ki, qardaşı ilə heç bir zaman yola gedə bilməyib. Məşhurlaşdıqdan sonra aralarındakı soyuqluq daha da artıb.

“İnsan təəssüf ki, ailəsini, bacı-qardaşını seçə bilmir. Aramızda sadəcə qan bağımız var, qardaş olsaq da dost deyilik. Ümumiyyətlə, heç bir münasibətimiz yoxdur. Qardaşıq deyə bir- birimizi sevmək, həyatımızda saxlamaq kimi məcburiyyətimiz yoxdur”, -  o bildirib.


 

# 15033
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar