Məşhur müğnninin  ölümündən qabaq   nələr baş verib?
20 iyul 2023 19:16 (UTC +04:00)

Məşhur müğnninin ölümündən qabaq nələr baş verib?

İyulun 16-da Parisdəki evində ölən müğənni və aktrisa Ceyn Birkinin həyatının son saatları barədə xəbərlər yayılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən 76 yaşlı ulduz son iki ildə ilk dəfə evdə tək qalıbmış.

O, özü tək qalmaq istəyib və köməkçilərini evindən uzaqlaşdırıb.

Deyilənə görə, müğənni 2021-ci ildə keçirdiyi ağır insultdan sonra yataqdan dura bilməyib.

Yenidən ayaqlarının açılması ona sağalmaq ümidi veribmiş. Tək qaldığı ilk gün onun həm də son günü olub.

Müğənni 1998-ci ildən bəri qan xərçəngi ilə də mübarizə aparıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar