Məşhur müğənniyə  xarici kəşfiyyata   işləmək İTTİHAMI
27 dekabr 2022 17:55 (UTC +04:00)

Məşhur müğənniyə xarici kəşfiyyata işləmək İTTİHAMI

Rusiya “Təhlükəsizlik və korrupsiya ilə mübarizə” federal layihəsinin rəhbəri Vitali Borodin Xalq artisti Alla Puqaçovanın xarici kəşfiyyat idarələrinə işlədiyini söyləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu bəyanatı NTV kanalında yayımlanan “Görüş yeri” proqramında verib.

Borodin Puqaçova ilə yanaşı repçi Morqenştern, videologer Yuri Dudun da adlarını çəkib. 

“Niyə bu adamlar Rusiya çətinə düşə kimi xaricə qaçdılar? Deməli, illər boyu kənardan əmr alıblar. Mən bu sözü deyirəmsə, elə belə demirəm”,- Borodin qeyd edib.

 Qeyd edək ki, Alla Puqaçova bir neçə ay öncə İsrailə köçdüyünü bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar