Məşhur müğənni Parisdə şalvarsız  gəzdi
08 iyul 2024 16:55 (UTC +04:00)

Məşhur müğənni Parisdə şalvarsız gəzdi

Barbadoslu müğənni Rihanna açıq-saçıq geyimdə Parisi gəzib. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yayılan fotolarda 36 yaşlı müğənni sevgilisi, A$AP Rocky təxəllüsü ilə çıxış edən reper Rakim Mayerslə birlikdə görüntülənib. Məşhur qara həcmli futbol köynəyi, ordu naxışlı bomber gödəkçə, neylon kolqotka və şəffaf ayaqqabıda kamera qarşısına keçib.

O, həmçinin qırmızı çərçivəli gün eynəyi taxıb və dəbdəbəli Louis Vuitton brendindən kiçik çanta götürüb. Sənətçinin gəzinti zamanı şalvardan imtina etmək qərarına gəldiyini də görə bilərsiniz.

35 yaşlı musiqiçi isə öz növbəsində ağ köynək və şalvar və gödəkçədən ibarət klassik qara kostyuma üstünlük verib. Bundan əlavə, o, dəri ayaqqabı və yazılarla bəzədilmiş qalstuk taxıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5043
avatar

Oxşar yazılar