Amerikalı müğənni Teylor Svift rəsmi şəkildə milyarder olub.
Lent.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" məlumat yayıb. Müğənni qastrol konsertlərində qazandığı uğurlar və albomlarının təkrar buraxılması sayəsində xeyli varlanıb.
Hazırda Teylorun şəxsi kapitalı 1,1 milyard dollar təşkil edir. Məlumata görə müğənni Şimali Amerikaya qastrolundan 2,2 milyard dollar qazanıb. O komandasının üzvlərinə 55 milyon dollar bonus ödəyib. Teylorun verdiyi 53 konsertdən ölkənin ümumi daxili məhsuluna 4,3 milyard dollar gəlir daxil olub.
Onun haqqında çəkilmiş musiqili filmin kassa gəlirləri 100 milyon dollardan çox olub.