Dünya şöhrətli amerikalı müğənni Rihanna maraqlı addımı ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, Amerikadakı məkanların birində gecə yarısına qədər dostları ilə əylənən barbadoslu ifaçı oradan ayrılmazdan əvvəl işçilərə kömək edib.
O, stol və stulları yerbəyer etməklə sanki ofisiantlara təşəkkürünü bildirib. Rihannanın bu addımını sosial şəbəkə istifadəçiləri maraqla qarşılayaraq həmişəki kimi müzakirə mövzusuna çeviriblər.
Qeyd edək ki, bir müddət musiqi karyerasına ara verən 33 yaşlı pop müğənni bu ilin mayında ana olub.