Bir neçə müddətdir astral səyahətə çıxaraq ruhsal varlıqlarla söhbət etdiyini vurğulayan türkiyəli pop-müğənni Yusuf Güney yeni açıqlamaları ilə diqqət çəkib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni astral səyahət zamanı Yer kürəsini başdan-başa dolaşdığını, yerdə çoxlu sayda insan olmayan varlıqların yaşadığını bildirib.
“Onlar Arktika və Antarktikada qalın buz dağlarının ardında yaşayırlar. Buzdan böyük divarlar hörülüb. Orda insan olmayan varlıqlar özlərinə ekosistem qurublar. İnsanların o ərazilərə girişinə icazə verilmir. Nə təyyarələr uçur, nə də gəmilər ora gedib çıxa bilir. Buz dağlarının arxasında fərqli bir siztem var. Buzlaqlar ərimir. Qlobal istiləşmə yalanını da d3nyanı idarə edən bir neçə güclü ailə insanları öz iradələri altında saxlamaq üçün uydurublar”,- deyə müğənni bildirib.
“ Bəşər tarixi yaranandan insanlar maddiyyat üstündə savaşırlar. Müharibəsiz keçən ilimiz yoxdur. Halbuki, bir dönüb özümüzə baxsaq, niyə yarandığımızı dərk etsək, anlasaq fərqli olacağıq. Anlamayaq, düşünməyək deyə, başımızı maddi problemlərlə qatırlar”,- deyə o qeyd edib.