Rusiyalı müğənni Maksim (Marina Abrosimova) Federal Vergi Xidmətinin qara siyahısına salınıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, sənətçinin dövlətə 1,051 milyon rubl vergi borcu var.
Vergi Xidməti məhkəməyə baş vursa, 40 yaşlı müğənninin hesablarına əl qoyula, mülkləri əlindən alına və xaricə çıxışına qadağa qoyula bilər.